AZ

Bu il ilk dəfə Astarada müəllimlərin sertifikatlaşdırılması həyata keçiriləcək

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu il ilk dəfə Astarada müəllimlərin sertifikatlaşdırılması həyata keçiriləcək.

525.az  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il müəllimlərin sertifikatlaşdırması prosesində 19 minə yaxın müəllim iştirak edəcək:

"İmtahanlardan əvvəl "Microsoft Teams" platforması üzərində müəlllimlər üçün sınaq mərhələsi keçirilib. Sınaq imtahanlarında 10 minə yaxın müəllim iştirak edib. 150 müəllim isə müasir metodiki xidmət layihəsinə cəlb olunub. Bugünə qədər 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib".

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
525.az

2Mənbələr