Rusiya Ermənistanın qaz sisteminin modernləşdirilməsinə 270 milyon ABŞ dolları sərmayə qoyacaq.
Bu barədə "APA-Economics"“Roscongress” jurnalına istinadən xəbər verir.
Qeyd olunub ki, söhbət Abovyan qazsaxlama məntəqəsinin genişləndirilməsi, qaz kəmərlərinin yenidən qurulması və yeni abonentlərin qoşulmasından gedir.
Bildirilir ki, işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.