AZ

Ronaldo Trampa sülh mesajı olan imzalı köynək hədiyyə edib

Beşqat “Qızıl top” mükafatının sahibi Kriştiano Ronaldo ABŞ prezidenti Donald Trampa Portuqaliya millisinin imzalı formasını göndərib.Bu barədə Oxuməni.az “Rbc.ru”ya istinadla xəbər verir.

Hədiyyəni Trampa Kanadada keçirilən G7 sammiti zamanı Avropa Şurasının prezidenti Antonio Kosta təqdim edib və o, müvafiq fotoları X sosial media hesabında yerləşdirib.

Portuqaliyalı futbolçu köynəkdə Ronaldonun avtoqrafından əlavə, "Prezident Trampa. Biz sülh üçün oynayırıq" mesajı qoyub.

40 yaşlı Ronaldo hazırda 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir.

Almaz Həsənli

Seçilən
1
1
oxumeni.az

2Mənbələr