“Sabah” Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovla müqavilə uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Qazaxıstan mətbuatında xəbər dərc edilib. Bildirilir ki, 32 yaşlı oyunçunun klubla müqaviləsi başa çatıb.
Ancaq paytaxt təmsilçisi onu buraxmaq niyyətində deyil. Məlumata görə, “Sabah” artıq qapıçıya yeni müqavilə təklif edib.