AZ

Rusiyalı oliqarxın iddiası

AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” nəşrinin yazdığına görə ki, Rusiya elitası hazırkı eskalasiyanın Moskvanın Yaxın Şərqdəki əsas müttəfiqi Tehran üçün fəlakətə çevrilə biləcəyini anlayır.

Münaqişə İsrailin İranın nüvə obyektlərini kütləvi şəkildə bombalaması və əsas komandirləri sıradan çıxarması ilə başladı. Kreml əvvəlcə bunu diplomatik manevr fürsəti kimi qiymətləndirdi.

“Yalnız Rusiya ilə ABŞ, Putin və Tramp arasında keçiriləcək sammit dünyanı fəlakətdən xilas edə bilər. Amerikalıların Ukraynanı bizim ixtiyarımıza buraxmasının vaxtı çatıb. Rusiya ABŞ-nin güzəştləri müqabilində Tehranı nüvə sazişi üzrə danışıqlara qaytarmaq üçün İranla çoxdankı əlaqələrindən istifadə edə bilər”,- tanınmış rusiyalı biznesmen və mühafizəkar ideoloq Konstantin Malofeyev deyib.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Trampla danışıqlar apararaq tez bir zamanda vasitəçilik təşəbbüsü ilə çıxış edib.

Moskvadakı analitiklər İsrail-İran münaqişəsinin Qərbin Ukraynadakı müharibəyə diqqətini azalda biləcəyini və neftin qiymətinin artmasına gətirib çıxara, potensial olaraq Rusiyaya fayda verə biləcəyini proqnozlaşdırıblar. Amma İsrailin İran ərazisinə daha da nüfuz etməsi, infrastruktura hücumlar və rejim dəyişikliyi təhlükəsi Moskvada narahatlıq doğurur.

- Ən böyük təhlükə böhranın istənilən həllinin Rusiyanın regiondakı mövqeyi üçün risk yaratmasıdır. Netanyahu Tehranda rejim dəyişikliyinə səbəb ola bilsə, yeni hökumət çətin ki, Moskvaya indiki İran rejimi qədər müsbət yanaşma sərgiləsin”,- diplomatik dairələrə yaxın rusiyalı alimlərdən biri vurğulayıb.

Onun sözlərinə görə, İrandakı hakimiyyət rejimi hücumlara tab gətirsə belə, Yaxın Şərqdə nüvə silahı yarışı başlayacaq ki, bu da Moskvanın maraqlarına uyğun deyil. Burada Rusiyanın qalib gələcəyi bir vəziyyət tapmaq çətindir.

Suriyada mövqelərin itirilməsi fonunda İranın ehtimal edilən məğlubiyyəti daha böyük zərbə olacaq. Çünki İran daha böyükdür və o, Rsuiyanıntarixi tərəfdaşı və qonşusudur.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
1
azvision.az

2Mənbələr