Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 987,9 milyon manat olub.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 16,6% çoxdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,3%-i hüquqi şəxslərin, 48,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 17% artaraq 502,2 milyon manat olub.