AZ

Avrokubok təmsilçilərimiz üçün beş nəfərin adı məlum oldu

İyunun 17-18-də növbəti avrokubok mövsümünün püşkü atılacaq.

İlk gündə “Sabah”ın Avropa Liqasında, bir gün sonra “Qarabağ”ın Çempionlar Liqasında, “Zirə” və “Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqiblərin adına aydınlıq gələcək.

Bəs, UEFA-nın Nyondakı mənzil-qərargahında Azərbaycan klublarını hansı şəxslər təmsil edəcək?

“Qarabağ” rəsmiləri kimi İsveçrəyə Əməliyyatlar Departamentinin rəhbəri Fərid Ağayev və beynəlxalq əlaqələr üzrə menecer Vüsal Həsənov yollanacaqlar.

“Sabah”ı baş icraçı direktor Ramin Həsənov təmsil edəcək.

“Zirə”dən baş menecer Elman Himayətoğlu, “Araz-Naxçıvan”dan icraçı direktor Eldəniz Usubov zaldakı rəsmilərin arasında yer alacaqlar.

Mübarizəyə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayacaq “Qarabağ” ilk oyununu iyulun 22-23-də, cavab görüşünü iyulun 29-30-da keçirəcək.

Avropa Liqasının ilk təsnifat mərhələsində iştirak edəcək “Sabah” iyulun 10-da və 17-də meydana çıxacaq.

“Zirə”ylə “Sabah” birinci matçını iyulun 24-də, cavab qarşılaşmasını iyulun 31-də oynayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
17
sportinfo.az

1Mənbələr