Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ölkə.az-a verilən məlumata görə, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın marixuana və 350 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.