Ölkədə qeydə alınan ölüm hallarının sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Bu ilin yanvar-aprel aylarında ölkədə 20 535 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,1-ə düşüb.