AZ

Sertifikatlaşmada 19 mindən çox müəllim iştirak edəcək

Bu il sertifikatlaşdırma prosesində 19 mindən çox müəllim iştirak edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, cari ildə keçiriləcək sertifikatlaşdırma prosesində 19 mindən çox müəllim iştirak edəcək:

“Ümumilikdə indiyədək 65 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub,” – deyə Nurlan İsmayılbəyli bildirib.

Seçilən
34
operativmedia.az

1Mənbələr