AZ

Gözləyirəm : Tramp Rusiyaya qarşı yeni sanksiyaları niyə ləngitdiyini izah etdi

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində niyə hələ qərar vermədiyini izah edib.

Qaynarinfo "News Live”a istinadla xəbər https://t.me/znua_live/206532  verir ki, G7 sammiti çərçivəsində jurnalistlərlə söhbət zamanı Tramp, hələ bu qərardan çəkindiyini bildirib, çünki əvvəlcə Ukrayna ilə Rusiya arasında sülh sazişinin imzalanıb-imzalanmayacağını görmək istəyir.

O qeyd edib ki, Avropa Rusiyaya qarşı sanksiyaların gücləndirilməsindən danışır, lakin "hələ ki, heç nə etməyib”. ABŞ-ın yeni sanksiyalar qərarını niyə gecikdirdiyi sualına cavab verən Tramp belə deyib:

"Mən gözləyirəm, görüm saziş imzalanacaqmı. Unutmayın ki, sanksiyalar bizə çox baha başa gəlir. Hər dəfə hansısa ölkəyə qarşı sanksiya tətbiq edəndə, bu ABŞ-a nəhəng məbləğlərə başa gəlir. Bu, sadəcə kağız imzalamaq deyil, söhbət milyardlarla dollardan gedir. Sanksiyalar o qədər də sadə deyil, bu, birtərəfli hərəkət olan bir yol deyil”.

Xatırladaq ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayıb. Bu paketə Rusiya bankları və enerji sektoru üçün məhdudiyyətlər, eləcə də Rusiya nefti və qazı alan ölkələrə qarşı ikincili tariflər daxildir – bunlar "Rusiyaya sanksiyalar haqqında 2025-ci il qanunu” (Sanctioning Russia Act of 2025) çərçivəsində nəzərdə tutulur. Artıq bu qanun layihəsini 80-dən çox senator dəstəkləyib.

Lakin Prezident Donald Tramp sanksiyaların tətbiqinə müəyyən ehtiyatla yanaşır. O bildirib ki, mümkün sülh prosesini "pozmaq” istəmir və düşünür ki, yeni sanksiyalar Kremllə danışıqları çətinləşdirə bilər.

Konqres səviyyəsində bu sanksiya qanun layihəsi Senatda baxılır və verilən açıqlamalara görə, səsvermə iyul ayına qədər keçirilə bilər. Senatorlar Lindsi Qrem və Riçard Blumental prezidentə bu paketi tez bir zamanda qəbul etməyə çağırır və bunu ABŞ-ın qətiyyətinin nümayişi kimi qiymətləndirirlər. 

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
qaynarinfo.az

2Mənbələr