AZ

İranın hava məkanında uçuş qadağasının müddəti uzadılıb

Bakı. Trend:

İranın hava məkanında tətbiq olunan uçuş qadağasının müddəti 18iyun Bakı vaxtı ilə 02:30-a qədər uzadılıb.

Trend xəbər verirki, bu barədə İranın Yol və Şəhər İnkişafı nazirliyinin nümayəndəsiMəcid Ahavan deyib.

“Daxili və beynəlxalq reyslər 02:00-a qədər (Bakı vaxtı ilə02:30) qadağan edilib. Həmvətənlərimizdən xahiş edirik ki, ölkəninaeroportlarına baş çəkməkdən çəkinsinlər və reyslərin cədvəliniyalnız rəsmi mənbələrdən izləsinlər”, - deyə IRNA agentliyirəsminin bəyanatından sitat gətirir.

Xatırladaq ki,13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr