AZ

FHN: Ağdamın Xaçındərbənd kəndi minalardan təmizlənir

Ağdam rayonunun Xaçındərbənd kəndi minalardan təmizlənir.

Bunu "Report"un Ağdama ezam olunmuş əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov bildirib.

Onun sözlərinə görə, Xidmət torpaqlar işğaldan azad ediləndən sonra minatəmizləmə fəaliyyətinə başlayıb:

"Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti ilə məşğul olan digər qurumlarla yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hissəsi də bu işlərə cəlb edilib. Şəxsi heyət müvafiq qaydada kurslar keçərək sertifikat aldıqdan sonra minatəmizləmə fəaliyyətinə başlayıb".

Ə.Ələkbərov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə sahəsində texniki təminatına da toxunub:

"Bu işdə bizə minatəmizləmə üzrə xüsusi təlim keçmiş itlər və kinoloqlar da dəstək göstərirlər. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində FHN-ə mexaniki minatəmizləmə vasitələri də alınıb. Bu mexaniki minatəmizləmə vasitələri minatəmizləmə tapşırıqlarının yerinə yetirilməsində çox böyük rol oynayır. Hazırda Ağdam rayonunun Xaçındərbənd kəndindəyik. Hazırda bu ərazilərdə minatəmizləmə işləri davam etdirilir".

Seçilən
7
1
report.az

2Mənbələr