AZ

Özünü hamıdan fərqləndirən sürücü yolu tərsinə sürüb qırmızıda keçdi VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün məsuliyyətsiz davranışı təhlükəli vəziyyət yaradıb. Hadisə anbaan avtomobildəki kameraya əks olunub.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 10-FR-593 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını açıq şəkildə pozaraq, gedəcəyi istiqamətin əksinə hərəkət edib.

Daha təhlükəlisi isə odur ki, sürücü svetoforun qırmızı işığında yolayrıcına daxil olub və Heydər Əliyev prospektində də geriyə doğru hərəkət edib. Onun bu cür məsuliyyətsiz davranışı digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr