AZ

“Reyn çayına yeddi günə” - SSRİ bütün Avropanı işğal etmək planı hazırlayıb

1979-cu il hərbi və siyasi baxımdan gərgin olub - İranda inqilab, Sovet İttifaqı qoşunlarının Əfqanıstana yeridilməsi. Həmin il hətta SSRİ ilə ABŞ arasında nüvə münaqişəsi ehtimalı da yaranıb. Panika Pentaqonun təlim kompüter proqramında nasazlıq üzündən olub. Bu proqram naməlum səbəblərdən SSRİ-dən ABŞ-a 2000-dən çox raketin uçduğuna dair real siqnal verib.

Lakin ən ciddi nüans Avropada SSRİ ilə NATO ölkələri arasında genişmiqyaslı müharibə təhlükəsi olub. Xüsusilə, bu barədə San-Fransiskoda yaşayan müdafiə və milli təhlükəsizlik məsələlərinə dair məqalələrin müəllifi Kayl Mizokami məlumat verib. Onun sözlərinə görə, Varşava Müqaviləsi Təşkilatının planı NATO-nun Avropadakı bütün bazalarını bir neçə gün ərzində zərərsizləşdirməyə qadir olan quru qoşunlarının sürətli manevr strategiyasına əsaslanıb.

4a039713-6bb0-4e82-bc82-262282b8207b.jpeg

“Reyn çayına yeddi günə” kod adı verilən Varşava Müqaviləs Təşkilatı hərbi blokunun planı ilk dəfə 1990-cı illərin əvvəllərində Rusiya mətbuatında müzakirə olunsa da, 2005-ci ildə Polşanın müdafiə naziri Radoslav Sikorski məxfilikdən çıxarılan sovet sənədlərinin bəzilərini ictimaiyyətə açıqlayıb. Bildirilib ki, Qərbi Avropaya sürətli hücum planı 1979-cu ildə Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrinin ADR ərazisində birgə təlimləri üçün əsas olub.

Məlumdur ki, bu cür təlimlər Berlin divarı yıxılana qədər hər il keçirilib. Bununla belə, Polşa rəsmiləri belə nəticəyə gəliblər ki, təlim planı yalnız SSRİ-nin NATO-nun Avropadakı mövqelərinə real planlaşdırdığı hücumun pərdəsidir. Onların fikrincə, hücumu ilk olaraq Alyans ölkələri deyil, SSRİ etmək istəyib.

Hərbi təlim, yoxsa real plan?

“Reyn çayına yeddi günə” planına əsasən öncə NATO tərəfindən Polşada yerləşən bəzi hədəflərə nüvə zərbələri endiriləcək. Nüvə bombardmanı faktiki olaraq Polşanın hərbi və mülki infrastrukturunu tamamilə məhv edəcək, 2 milyondan çox polyak isə zərbənin qurbanı olacaq. Təlimin ssenarisinə görə, Polşa torpaqlarının güclü radioaktiv çirklənməsi müşahidə olunacaq ki, bu da Sovet İttifaqı ilə ADR, Çexoslovakiya və Macarıstanda cəmləşmiş Varşava Müqaviləsi Təşkilatı qoşunları arasında əlaqəni qeyri-mümkün edir.

6960eadf-c226-4ad0-8670-3655a35040fe.jpeg

NATO mövqelərinə hücum çirklənmə zonasının o biri tərəfində toplanmış qüvvələr nəzərə alınmaqla həyata keçirilməli idi. SSRİ ordusunun baş qərargahının fikrincə, bu, üstünlük əldə etmək üçün kifayət sayılıb. Polşaya nüvə zərbəsindən dərhal sonra sosialist düşərgəsindəki müttəfiqlər Qərbi Almaniya, Niderland, Danimarka və Belçika ərazilərinə sürətli hücumla cavab verməli idilər.

Nəzərdə tutulub ki, hücum ADR, Çexoslovakiya və Macarıstanda yerləşən mövqelərdən geniş cəbhədə həyata keçirilir. Onun vəzifələrinə Qərbi Avropada alyansın birləşmiş qüvvələrinə qarşı durmaq daxildir. NATO bölmələrinin əksəriyyətini məhv etmək üçün ən yaxşı fürsət Şimali Almaniya düzənliyi seçilir.

Cənub cinahda hücumu hava-desant qoşunlarının dəstəklədiyi 19 diviziyadan ibarət Varşava Müqaviləsi Təşkilatı ölkələrinin qoşunlarının cənub qrupu həyata keçirir. Onlara Şimali Atlantika Alyansının 10 bölməsi qarşı çıxır. Reyn buradan 200 km-dən az məsafədədir. Çətin ərazi sovet qoşunlarının irəliləməsinə mane olsa da, paraşütçülərin köməyi ilə onlar Reyn çayı üzərindən körpüləri ələ keçirərək bir həftə ərzində bu məsafəni qət edə bilirlər.

4cd9bc2c-7a8a-40be-980c-a992b7d7490c.jpeg

Təlim planına uyğun olaraq Reyn üzərində nəzarətin yaradılması quru qoşunlarının irəliləmə tempini saxlamaq üçün zəruri şərt idi. İndi heç nə Varşava Müqaviləsi Təşkilatının birləşmiş quru və hava qüvvələrinə NATO-nun mövqelərini, o cümlədən Brüsseldəki qərargahını ləğv etməyə və La-Manş boğazına çatmağa mane ola bilməzdi.

SSRİ donanmasına isə Şimali Amerikadan Avropaya dəniz tədarükü yollarını kəsmək tapşırılmışdı. Növbəti addım, Şərq blokunun qitədəki bütün uğurlarını puça çıxara bilən, nüvə başlıqları ilə təchiz edilmiş daşıyıcı əsaslı təyyarələrlə Amerika daşıyıcı qrupunu məhv etmək idi. Planda xüsusi rol xüsusi təyinatlılara verilir. Xüsusi təyinatlıların vəzifəsi ABŞ-nin 1979-cu ildə Avropada yerləşdirməyi planlaşdırdığı orta mənzilli “Perşinq-2” raketlərinin və “Tomaqavk” qanadlı raketlərinin istifadəsinin qarşısını almaq idi.

Əməliyyatın son nəticəsi təkcə hərbçilərin deyil, həm də Almaniya, Danimarka, Belçika və Niderlandın mülki orqanlarının ləğvi idi. Hamburq, Amsterdam və Antverpen limanlarının dağıdılması isə ABŞ və Böyük Britaniyaya əlavə qüvvələr və silahlar ötürməyə ciddi mane olacaqdı.

c428f7a3-8057-465c-9230-b81ad2503b9e.jpeg

Maraqlıdır ki, “Reyn çayına yeddi günə” planı çərçivəsində potensial rəqiblər siyahısına İtaliya, Fransa və Böyük Britaniya daxil deyildi. Görünən odur ki, İtaliya II dünya müharibəsində sarsıdıcı məğlubiyyətdən sonra sosialist bloku üçün təhlükə yaratmırdı, Fransa Şarl de Qollun prezidentliyi dövründə alyansdan çıxdıqdan sonra NATO-ya hələ tam qayıtmamışdı, nüvə silahına malik Böyük Britaniyanın isə sadəcə olaraq narahat edilməsi istənilməmişdi.

NATO nümayəndələri də boş oturmayıblar. Varşava Müqaviləsi Təşkilatı iştirakçıları tərəfindən ADR-də keçirilən təlimlərə cavab olaraq, onlar şərqdən gələn mümkün təhlükənin qarşısını almaq üçün Avropada bir sıra tədbirlər hazırlayıblar. Xüsusilə, zirehli texnikanın çatışmazlığını kompensasiya etmək üçün Sovet İttifaqı tank kolonlarının neytron sursatları ilə yaxınlaşmasını məhdudlaşdırmaq niyyətində olublar. Bundan əlavə, 1980-ci illərdə Qərbi və Şərqi Almaniya sərhədi boyunca partlayıcı mayenin göndərilməsini nəzərdə tutulan boru kəməri layihələndirilib.

Sovet generalları aqressiv niyyətlərlə bağlı Qərbin bütün ittihamlarını rədd edərək, Avropanı işğal etmək üçün heç bir əsaslarının olmadığını izah ediblər. Üstəlik, 1979-cu ilin dekabrında SSRİ Əfqanıstana 50 minlik qoşun yeridib.

“Komsomolskaya Pravda”nın hərbi müxbiri, o zaman Almaniyada sovet qoşunlarında xidmət etmiş Viktor Baranets qeyd edir ki, SSRİ-nin Avropadakı NATO bazalarına zərbələr endirən ilk ölkə olacağına dair heç bir sənəd olmasa da, Müdafiə Nazirliyinin ordunun nüvə silahı istifadə etmədən bir neçə gün ərzində La-Manş kanalına çatmaqla bağlı planı vardı.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
12
musavat.com

1Mənbələr