AZ

İsrail–İran münaqişəsi Ukraynaya silah tədarükünü təhlükə altına alır – ÖZƏL

İsrail və İran arasında gərginləşən hərbi münaqişə Qərbin xüsusilə də ABŞ-nin Ukraynaya silah tədarükünü daha da məhdudlaşdıra bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın El Pais qəzeti yazıb.

Nəşrin fikrincə, Yaxın Şərqdə artan gərginlik Ukrayna üçün mənfi nəticələrə səbəb ola bilər. Çünki ABŞ İsraili prioritet müttəfiq hesab edir və müharibənin genişlənməsi fonunda resursların bir hissəsini bu regiona yönəltməyə məcbur qala bilər.

El Pais həmçinin qeyd edir ki, neftin qiymətindəki kəskin artım Rusiyaya daha çox gəlir gətirir və Moskva İranla münasibətlərdə vasitəçi rolunda çıxış edərək beynəlxalq siyasi çəkisini artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr