AZ

Bakıda QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin əlavə iclası keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 17-də Milli Məclisdə Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitarsiyasət komitəsinin əlavə iclası keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Milli Məclisin deputatları - QDİƏT PA-danümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Eldarİbrahimov, Musa Quliyev, Səbinə Salmanova, quruma üzv ölkələrinparlament nümayəndə heyətləri və digər şəxslər iştirak ediblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçininQDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri MusaQuliyev iclasda diqqətə çatdırıb ki, tədbir “QDİƏT-ə üzvdövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğununartırılması üzrə cari təcrübə və strategiyalar” mövzusuna həsrolunub.

İclasda “QDİƏT-ə üzv dövlətlərdə əlilliyi olan şəxslərintəhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə vəstrategiyalar” mövzusunda hesabat layihəsinə baxılıb, eyni mövzudatövsiyə qərarının layihəsi səsə qoyularaq qəbul edilib.

Tədbirdə QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyeviştirak edirdi.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
10
9
az.trend.az

10Mənbələr