AZ

“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsinin qalibləri açıqlanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və“Deloitte Azərbaycan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsi uğurlayekunlaşıb. 5 iyun tarixində keçirilən rəsmi təltifetmə mərasimindəbu ilki qaliblərin adları ictimaiyyətə elan olunub.

Müsabiqənin əsas məqsədi Azərbaycanın özəl sektorunda fəaliyyətgöstərən şirkətlərin strateji idarəetmə, insan kapitalınıninkişafı, maliyyə sabitliyi və sosial məsuliyyət sahələrindəbeynəlxalq səviyyədə dəyərləndirilməsi və bu sahələrdə qabaqcıltəcrübələrin tətbiqinə təşviq edilməsidir. Proqram çərçivəsindəiştirakçılar “PAŞA Bank” və “Deloitte Azərbaycan”-un ekspertkomandası tərəfindən dərin təhlil prosesindən keçərək, inkişaf üçünstrukturlaşdırılmış tövsiyələr alıblar.

Münsiflər heyətinin qərarı ilə “Azərsun Holdinq”, “METAK”, “NormSement”, “OBA Market” şirkətləri yüksək korporativ idarəetməstandartlarına, strateji inkişaf baxışına və dayanıqlı maliyyəmodellərinə görə “Best Managed Companies” statusuna layiqgörülüblər. Qalib şirkətlər beynəlxalq “Best Managed Companies”şəbəkəsinə daxil olaraq, qlobal biznes cəmiyyətində tanınmaq vəbeynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək imkanı əldəediblər.

PAŞA Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru CavidQuliyev tədbirdə çıxışı zamanı layihənin strateji əhəmiyyətinivurğulayıb.

“Azərbaycanda real sektorun davamlı inkişafı təkcə güclü maliyyənəticələri ilə deyil, eyni zamanda institusional idarəetməmədəniyyətinin formalaşması ilə birbaşa bağlıdır. Bu baxımdan,“Best Managed Companies” proqramı ölkəmizdə korporativ idarəetmənininkişafına və qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə mühümtöhfə verir.

Real sektorun etibarlı tərəfdaşı kimi PAŞA Bank artıq dörd ildirki, bu təşəbbüsə dəstək göstərir. Biz inanırıq ki, hər bir uğurluşirkətin əsasını təkcə maliyyə dayanıqlığı deyil, həm də stratejiyanaşma, sosial məsuliyyət, insan kapitalına yönəlmişinvestisiyalar və dəyərlərə əsaslanan idarəetmə təşkil edir.

Qalib şirkətləri səmimi-qəlbdən təbrik edirəm. Əminik ki,proqram çərçivəsində əldə olunan təcrübə onların uzunmüddətliinkişafına və ölkənin qeyri-neft sektorunun gücləndirilməsinə töhfəverəcək.

Nuran Kərimov, “Deloitte Azərbaycan”ın İdarəedici Partnyoru,qalib şirkətlərin elan olunduğu tədbirdə çıxışı zamanıbildirib:

“Bu proqram Azərbaycanın biznes ekosistemində liderliyi vəstrateji düşüncə tərzini təşviq edir. Qaliblərin hər biri yalnızbugünkü nailiyyətlərinə görə deyil, həm də gələcəyə yönəlikvizyonları və dayanıqlı idarəetmə yanaşmaları ilə seçilir.“Deloitte” olaraq, bu təşəbbüs vasitəsilə ölkədə korporatividarəetmənin inkişafına töhfə verməkdən və özəl sektorun beynəlxalqrəqabətə hazır olmasına dəstək olmaqdan qürur duyuruq”.

Qeyd edək ki, “Best Managed Companies” layihəsi “Deloitte”şirkəti tərəfindən 33 il ərzində 47 ölkədə uğurla həyata keçirilmişbeynəlxalq bir müsabiqədir. Azərbaycanda PAŞA Bank və “DeloitteAzərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən bu müsabiqədəiştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindənstrategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyəgöstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.

“Best
“Best
“Best
Məqalədə:
Seçilən
26
4
az.trend.az

5Mənbələr