Prezident İlham Əliyev "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Hurriyyet.az President.az-a istinadən xəbər verir ki, fərmanla, həmçinin bəzi sertifikatlarla bağlı rüsumlar da müəyyənləşib.
Belə ki:
- pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat;
- aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat;
- pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat;
- pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat;
- məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat;
- model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat məbləğində rüsum müəyyən olunur.
"Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.