AZ

İsrail-İran qarşıdurmasına ən çox ehtimal olunan ssenari: Qərb ölkələri qoşulsa...

İsrail və İran arasında münaqişənin inkişafının ən çox ehtimal olunan ssenarisi iyulun əvvəlində onun tədricən səngiməsidir.

Publika.az xəbər verir ki, bu barədə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti, hərbi politoloq Aleksandr Perenciyev Lenta.ru ilə söhbətində deyib.

"Hələ də münaqişənin tədricən sönəcəyinə ümid var. Bu, hərbi-texniki məsələdir, çünki dövlətlər bir-birindən kifayət qədər uzaq məsafədə yerləşirlər və qarşıdurma son nəticədə raket zərbələri və pilotsuz təyyarələrin hücumu ilə nəticələnir. Və təbii ki, təxribat fəaliyyətləri var, burada, əlbəttə ki, İsrail daha fəaldır. Ən azı hələlik”, - hərbçi bildirib.

Perendciyev vurğulayıb ki, tərəflərin nə qədər raketləri olsa da, onların ehtiyatları sonsuz deyil, ona görə də münaqişənin səngiməsi ssenarisi, xüsusən də bu səbəbdən mümkündür. Artilleriya zərbələri endirmək, dövlətlər arasında böyük məsafələr olduğundan praktiki olaraq mümkün deyil.

Seçilən
2
publika.az

1Mənbələr