AZ

“Bizə İranın nüvə proqramını tam dayandırması lazımdır” –"2 günə hər şeyi biləcəkəsiniz" /TRAMP

“Bizə təkcə atəşkəs yox, İranın nüvə proqramını tam dayandırması lazımdır“.

AzPost CBS News-ə istinadən xəbər verir ki, bu sözləri G7 sammitindən sonra Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə deyib.

Tramp Tehrandan müvəqqəti atəşkəs əldə etməməyi, əksinə, nüvə proqramını tamamilə dayandırmağı tələb edir.

O əlavə edib ki, İsrail zərbələrin sürətini azaltmaq niyyətində deyil: “Yaxın iki gündə hər şeyi öyrənəcəksiniz”-deyə Tramp vəziyyəti xaricdən deyil, Ağ Evin Situasiya otağından izləyəcəyini də qeyd edib.

Amerika lideri həmçinin İranı regiondakı Amerika qüvvələrinə hücumlara qarşı xəbərdar edib və ABŞ-ın belə bir vəziyyətdə “sərt cavab verə biləcəyini” bildirib.

AzPost.az

Seçilən
2
1
azpost.info

2Mənbələr