AZ

Qazaxda sünnət toyunda yığılan pul üçün evə basqın etdi - Ər və arvada xəsarət yetirdi

QAZAX, 17 iyun. TELEQRAF

Xəbər verdiyimiz kimi Qazax rayonunun Qazaxbəyli kəndində evə basqın olunub və iki nəfər yaralanıb.

Teleqraf-ın yerli bürosu hadisənin baş verdiyi evdə olub və hadisənin təfərrüatlarını öyrənib.

Verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Ələddin Nazarov ev sahibinin atası Yusif Allahverdiyevlə 10 ilə yaxın Ağstafa rayon Suvarma Sistemləri İdarəsində birgə çalışıblar. İş yoldaşı olaraq münasibətləri də normal olub. Ev sahibi Y.Allahverdiyevin sözlərinə görə, keçmiş iş yoldaşının onların evlərinə basqın etməsi səbəbi tamahkarlıq olub. Çünki, bir neçə gün öncə Allahverdiyevlər ailəsində kiçik toy məclisi keçirilib. Evə daxil olan Ə. Nazarov ilk olaraq ailənin gəlini Kəmalə Allahverdiyevadan yığılan pulları tələb edib. Qadının qışqırdığını görən Ə.Nazarov ona küt alətlə xəsarət yetirib və qadın huşunu itirib. Səs isə həyat yoldaşı Emin Allahverdiyev gəlib. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb və Ə. Nazarov E. Allahverdiyevə bıçaqla xəsarətlər yetirib və qaçmağa çalışıb. Lakin yaxınlıqdan keçən taksi sürücüsü əlbəyaxa davanı görüb və qonşuları xəbərdar edərək birlikdə ev sahibinin köməyinə gəliblər. Nəticədə quldurluq niyyətini həyata keçirə bilməyən Ə. Nazarovun əl qolu bağlanıb və polisə təhvil verilib.

Məlumat üçün bildirək ki, hadisə zamanı xəsarət E. Allahverdiyev və onun həyat yoldaşı K. Allahverdiyeva Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Seçilən
5
teleqraf.com

1Mənbələr