AZ

Rayonlarda yağıntılar sabah axşama doğru tədricən kəsiləcək – PROQNOZ

Azərbaycanda iyunun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 25-29 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 27-32, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı bildirilir.

Seçilən
10
49
yeniazerbaycan.com

10Mənbələr