AZ

"İsrailin İrana hücumu gecikməyəcək" - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə proqramı ilə bağlı vəziyyətin həlli üçün Tehran nüvə silahı əldə etmək imkanından tamamilə imtina etməlidir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kanadada keçirilən G7 sammitini tərk edərkən Tramp jurnalistlərə açıqlamasında İranla bağlı problemlərə “real son” vermək istədiyini bildirib. 

 

O, qeyd edib ki, Tehran nüvə silahı əldə etmək planlarından tamamilə əl çəkməlidir.

 

Tramp həmçinin qeyd edib ki, İsrailin İrana qarşı mümkün hücumları gecikdirilməyəcək:

 

“Bunu yaxın bir neçə gün ərzində görəcəksiniz”,– deyə o bildirib.

 

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı genişmiqyaslı zərbələr endirib. Əməliyyatın əsas məqsədi İranın nüvə proqramını sıradan çıxarmaq olub. Cavab olaraq İran da İsrail ərazisinə raket zərbələri endirməyə başlayıb.

 

İran və ABŞ arasında iyunun 15-də Omanda keçirilməsi planlaşdırılan növbəti danışıqlar raundu isə ləğv olunub.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
10
sfera.az

1Mənbələr