AZ

Ukraynada döyüşən oğlunun ölüm xəbərini alan ana yarım saatdan sonra vəfat edib

Rusiyada Bryansk vilayətinin sakininin Ukraynada xüsusi hərbi əməliyyatlarda döyüşən oğlunun ölüm xəbərini eşidəndən sonra ürəyi dayanıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Vkontakte” sosial şəbəkəsində məlumat yayılıb.

Məlumata görə, Poçepdən olan bir qadın DXR-in Makeyevka kəndi yaxınlığında 1985-ci il təvəllüdlü oğlunun öldüyü barədə bildiriş alıb. Xəbəri alandan yarım saat sonra qadın dünyasını dəyişib.

“Yəqin ki, yazıq qadının ürəyi parçalanıb, ana aldığı xəbərə dözə bilməyib”, - nəşr yazıb.

Ananın 63 yaşında olduğu məlum olub.

QAZİLER.AZ

Seçilən
8
qaziler.az

1Mənbələr