"Liverpul"un hücumçusu Darvin Nunes yay transfer pəncərəsində klubu tərk edə bilər.
Gundem.az-ın xarici mediaya istinadən məlumatına görə, futbolçu ilə "Milan" və "Napoli" maraqlanır.
İngiltərə klubu futbolçusu üçün 60 milyon avro qiymət qoyub.
"Napoli" uzun müddətdir ki, 25 yaşlı hücumçuya göz dikib.
“Milan”da isə yeni baş məşqçi Massimiliano Alleqri Nuneslə müqavilə imzalamaq istəyir.
Darvin bu mövsüm 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.