AZ

Türk Hava Yollarına beynəlxalq yaşıl maliyyə mükafatı verilib

BAKI, TurkicWorld

Türk Hava Yolları (THY) innovativ maliyyələşdirmə modeli ilə "Dayanıqlı Maliyyə Pioneri" mükafatına layiq görülüb.

TurkicWorld xəbər verir ki, THY yanacaq sərfəli 2 ədəd Airbus A321neo təyyarəsinin maliyyələşdirilməsində tətbiq etdiyi davamlılıq əsaslı kredit strukturu sayəsində aviasiya sahəsində nüfuzlu “Dayanıqlı Maliyyə Pioneri” mükafatını qazanıb.

THY Mətbuat Müşavirliyinin məlumatına görə, şirkət bu təyyarələrin maliyyələşdirilməsi zamanı JOLCO maliyyə modelini davamlılıqla bağlı maliyyə strukturu ilə birləşdirərək sektorda yenilikçi yanaşma sərgiləyib.

Bu uğur, aviasiyada maliyyələşdirmə əməliyyatlarını qiymətləndirən beynəlxalq Ishka şirkəti tərəfindən təqdir olunub.

Societe Generale tərəfindən təmin edilən maliyyə modeli karbon emissiyası intensivliyi üzrə əsas performans göstəricilərinə bağlanaraq beynəlxalq standartlara uyğunlaşdırılıb.

THY İdarə Heyəti və İcraiyyə Komitəsinin üzvü, Maliyyə məsələləri üzrə baş müdir müavini Prof. Dr. Murat Şeker “Beynəlxalq aləmdə nüfuzlu bir mükafata layiq görülməkdən qürur duyuruq. Bu maliyyə strukturu davamlı inkişafa töhfə verərək 2050-ci ilə qədər karbon neytral aviaşirkət olmaq hədəfimizə xidmət edəcək.” - deyə bildirib.

Qeyd edək ki, son 10 ildə THY 16 milyard ABŞ dollarına yaxın maliyyə əməliyyatları həyata keçirərək “Global Transport Finance”, “Airline Economics”, “Airfinance Journal” və “Bonds, Loans & Sukuk Turkey” kimi qurumlar tərəfindən 30-dan çox beynəlxalq mükafata layiq görülüb.

Seçilən
4
turkic.world

1Mənbələr