AZ

İsrailə hücumlarımız artacaq- İran

BAKI, TurkicWorld

İsrailə qarşı hücumlar yaxın saatlarda daha da güclənəcək.

TurkicWorld xəbər verir ki, İran silahlı qüvvələri yeni və qabaqcıl silahlarla İsrailə qarşı genişmiqyaslı İHA hücumlarını davam etdirdiklərini, qarşıdakı saatlarda hücumların daha da intensivləşəcəyini açıqlayıb.

İran dövlət televiziyasına danışan İran Quru Qoşunlarının komandanı Kiyomars Heydəri bildirib ki, ötən gün ərzində müxtəlif tipli dağıdıcı və dəqiq zərbə qabiliyyətinə malik pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar Təl-Əviv və Hayfa kimi strateji bölgələrdə ciddi dağıntılara səbəb olub.

“Yeni və qabaqcıl silahlarla intensiv İHA hücumları başlayıb və qarşıdakı saatlarda bu hücumlar daha da güclənəcək,” - deyə General Heydəri vurğulayıb.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın nüvə obyektləri və hərbi rəhbərliyini hədəf alan genişmiqyaslı hücuma başlayıb. Həmin hücum nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, yüksək rütbəli hərbçilər və 9 nüvə alimi həlak olub. Mülki itkilərin ümumi sayı 224 nəfər olaraq açıqlanıb.

İran bu hücuma cavab olaraq İsrailə ballistik raketlər atıb. Bu qarşı hücumlar nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Seçilən
3
turkic.world

1Mənbələr