AZ

İslandiya yığmasının sabiq baş məşqçisi: Azərbaycan millisi bizimlə oyunda sürpriz edə bilər - EKSKLÜZİV

Bakı, 17 iyun, AZƏRTAC

Fikrimcə, İslandiya ilə Azərbaycan yığmaları arasında oyunlar gərgin keçəcək.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında 2020-2023-cü illərdə İslandiya millisinin baş məşqçisi olmuş Arnar Vidarsson ölkəsinin dünya çempionatının seçmə mərhələsində Azərbayana qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.

O, İslandiya millisininin beynəlxalq turnirlərdə daha çox təcrübəyə sahib olduğunu bildirib: “Fiziki güc, komanda oyunu və futbolçularımızın Avropanın yüksək səviyyəli klublarında qazandıqları təcrübə bizim rəqiblər üzərində əsas üstünlüyümüzdür. Bununla belə, düşünürəm ki, portuqaliyalı Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi İslandiya ilə matçlarda sürpriz edə bilər. Çünki futbolda hər şey mümkündür”.

Hazırda Belçikanın “Gent” klubunda idman direktoru vəzifəsində çalışan 47 yaşlı mütəxəssis Azərbaycan millisində bəyəndiyi oyunçuların adlarını da çəkib: “Yığmanın kapitanı Emin Mahmudov, hücumçular Ramil Şeydayev və Mahir Emrelini xüsusilə qeyd edərdim. Onlar millidə fərq yaradan futbolçulardır”.

Qeyd edək ki, Azərbaycan milli komandası İslandiya ilə ilk oyununu sentybarın 5-də səfərdə, noyabrın 13-də isə evdə keçirəcək.

Seçilən
14
3
azertag.az

4Mənbələr