AZ

Makron İranda hakimiyyət dəyişikliyinə qarşı çıxdı

İranda hakimiyyəti kənardan zorla dəyişmək istəyi strateji səhvdir.  Xarici KİV-in yaydığı məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron Kanadada keçirilən G7 sammiti çərçivəsində deyib.


Siyasətçinin sözlərinə görə, bu ölkəni öz iradəsinə zidd olaraq xaricdən zərbə endirməklə və ya hərbi əməliyyatlar keçirməklə xilas edə biləcəyinə inanan hər kəs yanılır. Makron qeyd edib ki, tarix də bunu təsdiqləyir.


Makron İsrail və İran arasında hərbi münaqişənin kəskinləşməsini də şərh edib. Fransa lideri Tehran və Təl-Əvivi enerji infrastrukturuna, mədəni və inzibati obyektlərə, ən əsası isə mülki əhaliyə zərbə endirməkdən çəkinməyə çağırıb.

Tural

Seçilən
5
news365.az

1Mənbələr