AZ

“Azərbaycanın İsrail-iran müharibəsi ilə bağlı siyasəti balanslaşdırılıb və tərəfsizdir”- Millət vəkili

“Azərbaycanın İsrail-iran müharibəsi ilə bağlı siyasəti balanslaşdırılıb və tərəfsizdir. Biz müharibəni aparan heç bir tərəfi dəstəkləmirik və tərəfləri münaqişəni danışıqlar yolu ilə beynəlxalq hüquq müstəvisində həll etməyə çağırırıq”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanla İsrail arasında münasibətlər yüksək səviyyədədir:

“44 günlük Vətən müharibəsi dövründə İsrail Azərbaycanın yanında olub və biz bunu heç vaxt unuda bilmərik. İran da bizim yaxın qonşumuzdur və ölkələrimiz arasında siyasi, ticari-iqtisadi münasibətlərin inkişafının yeni bir mərhələsi açılıb. Bu baxımdan rəsmi Bakının apardığı siyasi kurs çox düzgündür və müharibənin tez bir zamanda başa çatmasını arzulayır. O cümlədən, Azərbaycan humanizm prinsipindən yanaşaraq İrandan təxliyyə olunan xarici vətəndaşlar üçün dəhliz açıb, onları qarşılayır və ünvanlara yola salınır. Bu da beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr