AZ

İranın nüvə silahına diplomatik maneə vacibdir - ABŞ dövlət katibi

BAKI, TurkicWorld

ABŞ dövlət katibi Rubio İranla bağlı diplomatik səyləri müzakirə edib.

TurkicWorld xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Kanada, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İran başda olmaqla müxtəlif qlobal məsələləri müzakirə edib.

Telefon danışığı formatında baş tutan görüşlərdə diplomatik əməkdaşlıq və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun verdiyi açıqlamaya görə, Rubionun kanadalı həmkarı Anita Anand ilə görüşündə ABŞ-Kanada münasibətlərinin əhəmiyyəti bir daha vurğulanıb və qlobal məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi zəruri sayılıb.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot ilə keçirilən telefon danışığında isə tərəflər Yaxın Şərqdəki son vəziyyəti və xüsusilə İranın nüvə fəaliyyətləri ilə bağlı narahatlıqları dəyərləndiriblər. Tərəflər İranın nüvə silahı istehsalının qarşısının alınması üçün diplomatik kanallardan istifadə edilməsinin vacibliyində razılaşıblar.

Rubionun britaniyalı həmkarı Devid Lammi ilə müzakirəsində də İran və İsrail arasında artan gərginlik ön plana çıxıb. İki ölkə arasında sıx əlaqələrin davam etdiriləcəyi və İranın nüvə silahı hazırlamasının diplomatik yollarla qarşısının alınmasına dair razılıq əldə edildiyi bildirilib.

Qeyd edək ki, İsrailin iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini və yüksək rütbəli hərbi rəhbərliyi hədəf alması ilə başlayan hücumlar nəticəsində İranın köhnə və yeni təyin olunan Baş Qərargah rəislləri, İnqilab Keşikçiləri Korpusunun rəhbəri və 9 nüvə alimi daxil olmaqla onlarla şəxs həlak olub. Mülki itkilərin sayı 224 nəfər olaraq açıqlanıb. İranın ballistik raketlərlə cavab zərbələri nəticəsində isə İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Bir çox ölkə, xüsusilə də Türkiyə, İsrailin bu hücumlarını qınayıb.

Seçilən
11
turkic.world

1Mənbələr