AZ

Avtobus sürücüsü kimi fəaliyyət göstərmək üçün 700-ə yaxın şəxs müraciət edib

Bakı.Trend:

Bu işə töhfə vermək məqsədilə AYNA-nın Təlim-Tədris Mərkəzindəavtobus sürücüləri üçün təlimlər keçirilir.

TrendAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki,sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri vəpraktiki təlimlərdə iştirak edə bilirlər. Əlçatanlığın təminolunması məqsədilə mərkəzin mütəxəssisləri Gəncədə də bu təlimləritəşkil edirlər.

Gəncə şəhərində ictimai nəqliyyat sahəsində fəaliyyət göstərməküçün müraciət edən 700-ə yaxın şəxsdən artıq 478-nin sürücülükbacarıqları yoxlanılıb. İlkin qiymətləndirmə zamanı müvəffəqiyyətqazanan 343 nəfər növbəti mərhələyə keçib. Onlar tibbi yoxlanışdansonra mərhələli qaydada təlim prosesinə cəlb edilirlər.

Təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşımaqaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri,avtobusların istismarına dair normativ tələblər, ictimainəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin rahatlığı vətəhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekolojisəmərəliliyin artırılması məqsədilə “ekosürmə” texnikası üzrənəzəri və praktik biliklər verilir.

Seçilən
4
4
az.trend.az

6Mənbələr