AZ

Rusiya millisinin sabiq baş məşqçisi: "Berezutskinin "Sabah"da parlaq iş gördüyünü demək olar"

"Qəbələ" və Rusiya millisinin sabiq baş məşqçisi Yuri Syomin “Sabah”dan ayrılan Vasili Berezutskinin işinə qiymət verib.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli mütəxəssis Berezutskinin Azərbaycan kubokunu qazanmasını xüsusi vurğulayıb:

"Berezutski “Sabah”da yaxşı işlər gördü. Azərbaycan kubokunu qazanmaq çox yaxşı nəticədir. Çünki orada digərlərindən bir baş üstün olan “Qarabağ” var. Bu mənada, Vasili Berezutskinin “Sabah”da parlaq iş gördüyünü demək olar".

Xatırladaq ki, Vasili Berezutski ötən ilin noyabrından “Sabah”a rəhbərlik edirdi. 

 

saytlarin hazirlanmasi

Seçilən
4
1
sportal.az

2Mənbələr