"Ölkənin bütün prokurorlarına xalqın təhlükəsizliyini təmin etmək və sionist rejimin (İsrail) casusları və muzdluları ilə qəti və qanuni şəkildə rəftar etmək üçün tam hazır olmaq əmri verilib".
Yenisabah.az ırıb-ə istinadla xəbər verir ki, bunu İran məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir deyib.
O əlavə edib: "Düşmənin cinayətkar hücumlarında dəstək verən hər kəsə məhkəmə sistemi qətiyyətlə cavab verəcək və o məhv ediləcək".
Məhkəmə sözçüsü bildirib: “Bu günlərdə şəxsiyyəti müəyyən edilən və casusluqda iştirak edənlər dərhal cinayət məsuliyyətinə cəlb olunacaq və ən qısa zamanda cəzalarını alacaqlar”.
Telegram kanalımız