AZ

Sadiq Qurbanov: “Şuşa Bəyannaməsi müttəfiqliyin ən yüksək səviyyəsidir!”

Şuşa Bəyannaməsinin bağlanmasının ildönümü münasibəti ilə məsələyə münasibət bildirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında qeyd edib ki, yeni dünya düzənində türk dövlətlərinin yerinin müəyyənləşdirliməsində mühüm rol oynayan Şuşa Bəyannaməsinin imzalanmasında türk dünyasının iki böyük lideri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu danılmazdır:

“Bəyannamədə vurğulandığı kimi, tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu mənada Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında dostluq və mütəfiklik münasibətlərini tənzimləyərək, Qafqazda sülhün bərqərar olması və regionun yeni inkişaf mərhələsinə keçməsində hüquqi tənzimləmə aktlarından biri kimi dəyərləndirilməlidir”.

Seçilən
3
qht.az

1Mənbələr