AZ

Şarj cihazına görə uşaq otağında yanğın baş verdi  

Konyada bir mənzilin uşaq otağında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, araşdırmalara başlanılıb.

 

AzEdu.az xarici mediadan əldə etdiyi məlumata görə, hadisə Hacıveyiszadə məhəlləsində, Ayşe Pınar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Təxminən saat 17:00 radələrində mənzilin uşaq otağından tüstü qalxdığını görən ana dərhal uşaqları ilə birlikdə evi tərk edərək müvafiq orqanlara xəbər verib.

 

Əraziyə cəlb olunan yanğınsöndürən briqadaları alovu qısa müddətdə nəzarət altına alaraq tamamilə söndürüb. Hadisə zamanı xəsarət alan olmasa da, mənzildə müəyyən maddi ziyan qeydə alınıb.

 

İlkin ehtimallara əsasən, yanğının səbəbi otaqda rozetkaya taxılmış və nəzarətsiz qalmış şarj cihazı olub. Faktla bağlı araşdırmalara başlanılıb.

Seçilən
15
azedu.az

1Mənbələr