AZ

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

Müasir dünyada dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişaf səviyyəsi onların beynəlxalq aləmdə tutduqları mövqeyin formalaşmasında əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan Respublikası da son illərdə regional və qlobal miqyasda öz sabit siyasi sistemi və dinamik iqtisadi inkişafı ilə diqqət mərkəzinə çevrilmişdir.Azərbaycanın siyasi sabitliyi,idarəetmə sisteminin gücləndirilməsi,iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar ölkənin qarşısında yeni imkanlar açmışdır. Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycanın uzunmüddətli siyasi sabitliyini ölkənin iqtisadi inkişafının əsas amili kimi vurğulayır. “Azərbaycan uzun illərdir ki,sabitlikdən bəhrələnən bir ölkədir və bu,iqtisadi inkişafımızın əsas faktorlarından biri hesab olunur.” Bu sabitlik,eyni zamanda,ölkənin xarici investisiyalar üçün cəlbedici məkana çevrilməsinə şərait yaratmışdır. Bununla yanaşı,Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımları dəfələrlə vurğulamışdır.

Qeyri-neft sektorunun inkişafının ölkənin əsas prioriteti hesab edən Prezident bu sahədə əldə olunan nəticələrin iqtisadiyyatın diversifikasiyasının nəticəsi olduğunu vurğulamışdır.Bu siyasət nəticəsində qeyri-neft sektrounda əhəmiyyətli artım müşahidə olunmuşdur. Ölkəmizdə mövcud olan sabitlik və şəffaflıq nəticəsində xarici investorlar üçün cəlbedici mühitin formalaşdığını qeyd edən Prezident İlham Əliyev bunun iqtisadiyyatımızın davamlı inkişafına töhfə verdiyini,bu sahədə görülən tədbirlər nəticəsində ölkəyə milyardlarla dollar dəyərində investisiyaların cəlb olunduğunu vurğulamışdır.Bu investsiyalar Azərbaycanın iqtisadi inkişafının aparıcı faktorlarından biri olmuş və ölkədə müasir sənaye infrastrukturların qurulmasına,texnoloji yenilənməyə və məşğulluğun artırılmasına şərait yaratmışdır. Bundan əlavə Azərbaycan Respublikasında uzunmüddətli siyasi sabitliyin formalaşması və qorunub saxlanılması,ölkənin həm daxili,həm də xarici siyasətində ardıcıl və strateji kursun həyata keçirilməsinə zəmin yaratmışdır.Sabitlik,dövlət idarəetmə institutlarının effektiv fəaliyyət göstərməsi,ictimai-siyasi harmoniya və sosial rifahın qorunması baxımından həlledici amil hesab olunur.Bu şərait Azərbaycanın siyasi,iqtisadi və diplomatik manevr imkanlarını xeyli genişləndirmişdir.

Ölkəmizdə hökm sürən siyasi sabitlik ölkənin daxili idarəetmə mexanizmlərinin sabit və davamlı şəkildə fəaliyyətini təmin edir,xarici siyasətdə isə müstəqil,balanslı və fəal mövqe tutmasına imkan verir.Bu amil Azərbaycanın regional liderlik iddialarını gücləndirməklə yanaşı,dayanıqlı inkişaf strategiyalarını reallaşdırmaq baxımından da strateji əhəmiyyət daşıyır. Nəticə olaraq,Azərbaycan müasir dövrdə Cənubi Qafqaz regionunun sabit və dinamik inkişaf edən ölkələrindən biri olaraq seçilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan bu gün sabitliyə,iqtisadi gücə və müstəqil qərarvermə qabiliyyətinə malik olan bir dövlətə çevrilmişdir.Bu istiqamətdə atılan addımlar ölkənin regional bir lider kimi mövqeyini daha da möhkəmləndirir və dayanıqlı inkişafın təminatçısı olur.

Zümrüd Əliyeva,
YAP Xətai rayon təşkilatının könüllüsü

Seçilən
7
ikisahil.az

1Mənbələr