AZ

Kiberhücum faktları hələ ki, qeydə alınmayıb

İndiyədək hava gəmilərinin sistemlərinə qarşı heç bir təsdiqlənmiş kiberhücum qeydə alınmayıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Terrorçu qruplar hələ də ənənəvi metodlara üstünlük verirlər.

Bununla belə, gələcəkdə bu yanaşmanın dəyişməsi mümkündür.

Kritik sistemləri ələ keçirmək xüsusi bacarıq və bilik tələb edir.

Sistemdən məlumat almaqla onu idarə etmək arasında ciddi fərq var.

Bu səbəbdən hazırkı risk səviyyəsi aşağı qiymətləndirilir.

Lakin qabaqlayıcı tədbirlərsizlik gələcəkdə bu səviyyəni artıra bilər.

Seçilən
12
heftelik.az

1Mənbələr