AZ

İctimai zonalara edilən hücumlar planlaşdırma tələb etmir

Terrorçular nəzarətsiz zonalarda hücumlar üçün xüsusi planlaşdırmaya ehtiyac duymur.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Bu da onları hava gəmisinə edilən hücumlara nisbətən daha əlverişli və asan edir.

Hava limanı ərazisində ictimai yerlərin zəif mühafizəsi təhdidin artmasına səbəb olur.

Bu cür hücumların baş verməsi halında onlarla insan həyatını itirə və əhəmiyyətli maddi ziyan yarana bilər.

Belə hadisələr aviasiya sisteminə olan ictimai etimadı da azalda bilər.

2011-ci ildə Domodedovo, 2016-cı ildə Brüssel və İstanbulda baş verən hücumlar buna bariz nümunədir.

Bu növ təhdidlərin nəticələri orta-aşağı, lakin baş vermə ehtimalı yüksək olaraq dəyərləndirilir.

Seçilən
4
heftelik.az

1Mənbələr