AZ

Əlilliyi olan şəxslərin hüquqlarının mediada qorunması insan hüquq və azadlıqlarının qorunmasının ayrılmaz tərkib hissəsidir - Fazil Novruzov

Bakı. Trend:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna edilmişnormativ dəyişikliklərin həyata keçirilməsində bir sıra dövlətqurumlarının və onların koordinasiyalı əməkdaşlığının rolu var.

Trend xəbərverir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovqurumun təşkilatçılığı ilə keçirilən “Audiovizual mediadabərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda tədbirdə çıxışızamanı deyib.

Aparat rəhbəri bildirib ki, dəyişikliklərdən biri audiovizualmedia sahəsi ilə sıx bağlıdır.

“2022-ci ilin fevral ayında qüvvəyə minən “Media haqqında”Qanunun qəbulundan sonra, media, xüsusilə də audiovizual media,yeni mərhələyə qədəm qoyub. Qanunda nəzərdə tutulan mediasubyektlərinin əməl etməli olduğu tələblərin əksəriyyətikonstitusiya hüquq və azadlıqları ilə bağlıdır.

Əlilliyi olan şəxslərin hüquqlarının mediada qorunması və digərrealizə məsələləri insan hüquq və azadlıqlarının müdafiəsininayrılmaz tərkib hissəsidir. Əlilliyi olan şəxslərin hüquqlarınınqorunması yalnız sosial məsuliyyət deyil, eyni zamanda insanhüquqlarının birbaşa tətbiqidir. Onların hüquqlarının təminolunması ümumilikdə cəmiyyətin hüquq sisteminin gücünün və insanazadlıqlarına münasibətin ədalətliliyinin göstəricisidir”, - oəlavə edib.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr