AZ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri arasında görüş keçirilib

Bakı. Trend:

Parisdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini ElminMəmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq MülkiAviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar vəICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoruNikolas Rallo arasında görüş keçirilib.

Görüşdə 2024-cü il 25 dekabr tarixində “Azərbaycan Hava Yolları”aviaşirkətinin “Embraer 190” tipli təyyarəsinin qəzaya uğraması iləbağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub. Həmçininaviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiyamütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarınınartırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici qurumunfəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsiistiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığıninkişafı məqsədi ilə nəzərdə tutulan planlar barədə fikirmübadiləsi aparılıb.

Aviasiya qəzalarının araşdırılmasının prioritet olduğunu qeydedən ICAO nümayəndələri bu sahədə Azərbaycanın müvafiq dəstəyininzəruriliyini bildiriblər. Tərəflər mülki aviasiya uçuşlarının bütüntəhlükəsizlik standartlarına uyğun həyata keçirilməsininvacibliyini vurğulayıblar.

Görüşdə aviasiya və uçuşların təhlükəsizliyi istiqamətləri üzrətənzimləmənin təkmilləşdirilməsi, habelə effektiv dövlətnəzarətinin həyata keçirilməsini dəstəkləmək və ICAO-nunstandartlarına tam uyğunluğunu təmin etmək məqsədilə təlimproqramlarının həyata keçirilməsinin vacibliyi bildirilib. Bundanəlavə, müxtəlif sahələr üzrə ICAO tərəfindən texniki yardımproqramları çərçivəsində təyin olunan ekspertlərin iştirakı iləpotensialın gücləndirilməsi sahəsində tərəfdaşlığa xüsusi diqqətyetirilməsi barəsində razılığa gəlinib. ICAO-nun Bacarıqlarınİnkişafı və İcra Bürosu (CDI) vasitəsilə ikitərəfli əməkdaşlığındavam etdirilməsi qərara alınıb.

Tərəflər ICAO ilə Dövlət Mülki Aviasiya Agentliyi və AzərbaycanRespublikasının operatorları arasında müxtəlif istiqamətlərdəəməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Azərbaycantərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətrafmühitin mühafizəsi sahələrində beynəlxalq standartların qlobalmiqyasda tətbiqində ICAO ilə birgə fəaliyyətin dəstəklənməsinəsadiqliyini bir daha təsdiqləyib.

Seçilən
10
15
az.trend.az

10Mənbələr