AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Fanat.Az xəbər verir ki, toplantıda aşağı liqalarda qeydə alınan qayda pozuntuları ilə bağlı hüquqi ölçü götürülüb.
U-17 Liqasında keçirilməli olan “Turan Tovuz” – “Dinamo” (Bakı) oyununda qonaqlar nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalanıblar.
U-12 Liqasında keçirilməli olan “Kürdəmir” – “İsmayıllı” oyununda da eyni hal yaşanıb. Bu dəfə ev sahibləri meydana çıxmadıqları üçün texniki məğlubiyyətlə üzləşiblər – 0:3.