AZ

Son dəqiqə: İranın yeni Baş Qərargah rəisi Əli Şadmani də öldürüldü

İsrail Müdafiə Qüvvələri (IDF) İranın yeni Baş Qərargah rəisi Əli Şadmaninin öldürüldüyünü açıqlayıb. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, general ötən axşam Tehrana endirilən zərbə nəticəsində öldürülüb.

İsrail ordusunun bəyanatında deyilir ki, Əli Şadmani İranın dini lideri Əli Xamneyinin ən yaxın adamlarından biridir. İran hələ ki, məlumatı təsdiqləməyib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Baş Qərargahının əvvəlki rəisi, general-mayor Məhəmməd Baqiri İDF-nin iyunun 13-nə keçən gecə ilk zərbələri zamanı öldürülüb. SEPAH-ın komandiri Hossein Salami və nüvə alimləri də həlak olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr