AZ

IJF: “Tçkayev ağıllı hərəkət etdi, riskdən qaçdı, hücumda qaldı və məsafəyə nəzarət etdi”

“Golden score”da Zelim Tçkayev ağıllı hərəkət etdi, riskdən qaçaraq hücumda qalmağa və məsafəyə nəzarət etməyə davam etdi. Bu taktika doğru seçim oldu”.

İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşdə Azərbaycan cüdoçusunun qələbəsini bu sözlərlə şərh edib.

Təşkilatın saytı 81 kq çəki dərəcəsində Tçkayev ilə BƏƏ-ni təmsil edən Nuqzari Tatalaşvili arasında baş tutan kiçik final görüşünü ətraflı təhlil edib: “Bürünc medal uğrunda qarşılaşmada tatamiyə fiziki cəhətdən güclü və dinamik iki cüdoçu çıxdı və tamaşaçılara möhtəşəm şou təqdim etdilər. Gün ərzində əla formada olan Tatalashvili dərhal hücuma keçməyə hazır idi. Lakin Tçkayev həm hücum edə, həm fənd həyata keçirə, həm də parterdə mübarizə apara bildiyi üçün başlanğıc , demək olar ki, onun Tatalaşvilini saxlaması ilə nəticələndi. Hətta ağrıverici fəndə çox yaxın bir an da oldu!

Sonra sürətli tutmalar əsas rol oynadı və Tçkayev ikinci raundu da qazandı – az qala “uçi-mata” ilə rəqibini yerə vuracaqdı, lakin BƏƏ təmsilçisinin akrobatik manevrləri onu vəziyyətdən çıxarmağa kömək etdi. Zelim döyüş boyunca üstünlük nümayiş etdirirdi və görüş əlavə vaxta keçməmiş Tatalaşvili iki “şido” ilə cəzalandırıldı.

"Golden score" mərhələsində Tçkayev ağıllı hərəkət etdi, riskdən qaçaraq hücumda qalmağa və məsafəni nəzarətdə saxlamağa davam etdi. Bu strategiya özünü doğrultdu və Tatalaşvili üçün üçüncü “şido” gəldi – bu da Tçkayevə dünya çempionatının bürünc medalını qazandırdı".

Qeyd edək ki, bu, Azərbaycan cüdo millisinin cari mundialda ilk medalıdır.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr