Bu gün UEFA Avropa Liqasının 2025/2026 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.

Offsideplus.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək tədbir zamanı Azərbaycan Kubokunun son qalibi "Sabah" klubunun rəqibi müəyyənləşəcək.

Təmsilçimiz "səpələnməmişlər" səbətində yer alıb.

Öncə komandamızın potensial rəqibi daha güclülərin yer aldığı "səpələnmişlər" səbətindəki 8 kollektiv arasında yer alıb.

Daha sonra bu siyahıya 4 komandaya düşüb.

"Sabah"ın potensial rəqibləri:

"Şaxtyor" (Donetsk, Ukrayna)

"Şerif" (Moldova)

"Çelye" (Sloveniya)

"Spartak" (Trnava, Slovakiya)

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17-də başlanacaq. Tədbirdə "Sabah" klubunu baş icraçı direktor Ramin Həsənov təmsil edəcək.

Avropa Liqasının birinci təsnifat mərhələsinin qarşılaşmaları 10-17 iyulda keçiriləcək.

Yarışın final matçı 2026-cı il mayın 20-də İstanbulun "Beşiktaş Park" stadionunda oynanılacaq.