AZ

Zelenskidən Rusiyanın son hücumu haqda açıqlama: 15 nəfər ölüb, 75 yaralı var

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə son hücumu haqda açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, rusların gecə saatlarında paytaxt Kiyev başda olmaqla, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye bölgələrini bombaladığını bildirib.

Rusiya orduusnun 440-dan çox PUA və 32 raket zərbəsiylə Kiyevə ağır zərbələr endirdiyini qeyd edən Zelenski hücumu dəhşətli sayıb: "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi. Kiyev daxil olmaqla, bölgələrə hücum zamanı böyük dağıntılar var. O dağıntılar altında qalanların xilasetmə işi aparılır. İlki məlumata görə, hücumlar nəticəsində azı 15 nəfər ölüb, 75 nəfər isə yaralanıb. Bu, terrordur. Rusiya prezidenti Vladimir Putinin məqsədi sülh deyil, müharibəni davam etdirmək istəyir. Son hücum da bunu göstərir...".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
2
1
mia.az

2Mənbələr