"Lilo və Stitch" filmi ilə tanınan David Hekili Kenui Bell iyunun 12-də vəfat edib.
News24.az xəbər verir ki, ailəsi kədərli xəbəri günlər sonra açıqlayıb.
Bellin ölüm xəbəri ailəsi, dostları və pərəstişkarları tərəfindən böyük kədərlə qarşılanıb.
Bellin bacısı Jalene Kanani Bell sosial mediada verdiyi açıqlamada qardaşını "mənim şirin, səxavətli, istedadlı, gülməli, ağıllı və yaraşıqlı kiçik qardaşım" olaraq xarakterizə edib və onu qeyd-şərtsiz sevdiyini bildirib.
Günel Məlikzadə

