AZ

Emmanuel həmişə səhv edir - Trampdan Makrona sərt reaksiya

BAKI, TurkicWorld

G7 sammitində Tramp və Makron arasında atəşkəs gərginliyi yaşanıb.

TurkicWorld xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun G7 sammitini vaxtından əvvəl tərk etməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Tramp “Truth Social” platformasında Makronun İsrail və İran arasında atəşkəslə əlaqədar Vaşinqtona getdiyini bəyan etməsini “yanlış” adlandırıb.

“Makronun niyə Vaşinqtona qayıtdığı barədə heç bir fikrim yoxdur, amma bunun atəşkəslə əlaqəsi yoxdur. Bu, daha böyük bir səbəbə bağlıdır.”

“Emmanuel həmişə səhv edir, bu qəsdən olub-olmamasından asılı olmayaraq dəyişmir” - deyə o əlavə edib.

“Həqiqətən də bir araya gəlib danışmaq və atəşkəsə nail olmaq üçün təklif var”- deyə Makron G7 sammitində verdiyi açıqlamada ABŞ-ın atəşkəs təşəbbüsü irəli sürdüyünü və tərəfləri danışıqlara cəlb etmək istədiyini bildirib.

Qeyd edək ki, İsrailin iyunun 13-də İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlarda yüksək rütbəli hərbçilərlə yanaşı, 9 nüvə alimi də həlak olub. İranın ballistik raketlərlə cavab zərbələri nəticəsində isə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Münaqişə regionda ciddi beynəlxalq narahatlıq doğurub.

Seçilən
11
turkic.world

1Mənbələr