İsrail ordusu İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargah rəisi "Xatəm əl-Ənbiya" SEPAH generalı Əli Şadmanini məhv edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Dəqiq kəşfiyyat məlumatlarını aldıqdan sonra İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gecə saatlarında Tehranın tam mərkəzində yerləşən qərargaha hücum edərək Əli Şadmanini öldürüblər”, – nəşr yazır (TASS sitat gətirir).
İsrail ordusunun mətbuat xidmətinin mesajında Şadmani "ən yüksək rütbəli komandir" və "İran lideri Əli Xamneyiyə ən yaxın olan şəxs" adlandırılır.
Generalın ölümü ilə bağlı İrandan gələn xəbərlərin təsdiqi yoxdur.
Xatırladaq ki, ötən cümə günü, iyunun 13-də İsrail İrana kütləvi zərbə endirib.
Almaz Həsənli